İngiltərə

Qapıçı hücumçunu belə nokaut etdi – Dəhşətli VİDEO

Martın 1-də FA Kubokunun 1/8 final mərhələsinin “Kristal Pelas” – “Milluoll” matçı keçirilib.

Aut.az xəbər verir ki, qarşılaşma Londondakı “Selhurst Park” stadionunda baş verib. Oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb, “qartallar” 1/4 finala yüksəlib.

Görüş dəhşətli insidentlə başlayıb. Qonaq qapıçı Liam Roberts meydan sahiblərinin forvardı Jan-Filipp Matetenin başına zərbə endirib.

Hakim VARA-a baxdıqdan sonra ona qırmızı vərəqə göstərib. Mateta isə xərəkdə meydançadan kənarlaşdırıldı. Ona oksigen maskası lazım olub.

Aut.az