İspaniya

Ona ölüm arzulamışdılar: “Real”la müqaviləni uzatmaqdan imtina etdi

“Real Madrid”in ispaniyalı mərkəz müdafiəçisi Raul Asensio “kral klubu” ilə müqavilənin uzadılması təklifini rədd edib.

Aut.az xəbər verir ki, bu barədə “todofichajes” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 22 yaşlı futbolçu həm rəhbərliyin ona təklif etdiyi komandadakı roldan, həm də maaşından narazıdır.

2024/25 mövsümündə Raul Asensio 25 oyun keçirib, 2 məhsuldar ötürmə edib. “Transfermarkt” oyunçunun dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir və onun 50 milyon avroluq sərbəst qalma maddəsi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

“Real Sosyedad” – “Real Madrid” matçında (0:1) tribunadakı azarkeşlər Raul Asensioya ölüm arzulamışdılar.

Aut.az