Xavi yekun qərarını açıqladı: “Barsa”da qalacaq?
“Barselona”nın baş məşqçisi Xavi postunda qalacağı ilə bağlı informasiyalara münasibət bildirib.
Aut.az xəbər verir ki, o, heç nəyin mövsümün sonunda komandanı tərk etmək qərarına təsir etməyəcəyini bildirib%
“Qəbul etdiyim qərar doğru qərardır. Bu, kluba, futbolçulara, mətbuata, eləcə də klub ətrafındakılara sülh gətirdi. Ancaq mən fikrimi dəyişmirəm və bunu etməyəcəyəm.
Qeyd edək ki, 30 turdan sonra “Barselona” La Liqada 67 xal toplayıb və 2-ci yerdədir. Komanda lider “Real”dan 13 xal geri qalır. Bundan başqa, “Barsa” Çempionlar Liqasının 1/4 finalında səfərdə PSJ-ni məğlub edib – 3:2.
Aut.az
