2009-cu ildə Ronaldo bacarmışdı, indi isə…
Bazar günü, dekabrın 17-də İspaniya çempionatının 17-ci turunda “Real” “Vilyarreal”la qarşılaşıb.
Görüş madridlilərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Aut.az xəbər verir ki, qollardan birinin müəllifi Cud Bellinqem olub. “Real” yarımmüdafiəçisi üçün bu, La Liqada 13-cü qol olub. Eyni nəticəni 2009-cu ildə Kristiano Ronaldo da göstərmişdi.
21-ci əsrdə yalnız Robert Levandovski 2022/23 mövsümündə bunu daha sürətli bacarıb. Bunun üçün “Barselona”nın hücumçusuna 12 matç lazım olub.
Aut.az
