İspaniya

Arda bu tarixdə debüt edə bilər

“Real”ın zədəli futbolçusu Arda Gülerin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Aut.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi sentyabrın 27-də “Las Palmas”a qarşı keçiriləcək oyunda meydana çıxa bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Arda yay transfer dönəmində “Fənərbağça”dan “Real”a keçib. Madrid klubunun ABŞ toplanışında zədələnən yarımmüdafiəçi yeni komandasına hələ debüt etməyib.