İspaniya

“Liverpul”dan La Liqa klubuna

“Liverpul”un keçmiş qapıçısı Adrian “Betis”ə transfer olunur.

Aut.az xəbər verir ki, azad agent statusuna sahib olan 37 yaşlı qolkiper artıq İspaniya klubu ilə müqavilə imzalayıb. Keçid bu həftə rəsmi olaraq elan ediləcək.

Adrian ötən mövsüm klubda bir dənə də olsun matça çıxmayıb. Ümumilikdə, “qırmızılar”ın heyətində 26 oyun keçirib, 36 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, 2023/2024 mövsümünün sonunda “Betis” Primerada keçirdiyi 38 matçda 57 xal toplayıb və turnir cədvəlində yeddinci yeri tutub.