“Real”ın televiziyasından ağır ittiham: Nəticələr saxtalaşdırılır
“Real Madrid TV” La Liqanın 14-cü turunda “Jirona” ilə qarşılaşmanı (1:1) şərh edilib.
Qarşılaşmanı baş hakim Rikardo de Burqos Benqoeçe idarə edib.
Aut.az xəbər verir ki, klub telekanalı ağır ittihamlar səsləndirib:
“La Liqada nəticələr saxtalaşdırılır. “Real Madrid” Neqreyranın oğullarına görə 4 xal itirib. De Burqos “Real Madrid”ə qarşı ən dəhşətli rekorda malik hakimlərdən biridir.
VAR köməkçiləri hakimə məsləhət verə bilmədilər – bu, qayda pozuntusudur. Bu, “Rayo Valyekano” ilə oyunda da baş vermişdi.
Və bu, keçən mövsüm də baş vermişdi. Həmin vaxt “Real” “Barselona”nı 6 xal qabaqlayırdı. Bu mövsüm də belə oldu.
“Real Madrid”in yaxşı və ya pis oynamasından asılı olmayaraq, reallıq budur ki, hakimlər klubu yıxırlar. La Liqanın prezident buna haqq qazandırır. Bəs Federasiyanın vitse-prezidenti kimdir? Xavyer Tebas”.
Aut.az
