Vidalaşmaq vaxtıdır: Qvardiola super ulduzun yerinə transfer tələb edir
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Portu”nun portuqaliyalı qapıçısı Dioqo Kostaya Edersona əvəzləyici kimi baxır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, Ederson bu yay İngiltərə klubunu tərk edə bilər. “Şəhərlilər”in rəhbərliyi portuqaliyalı qolkiperin transferinin mümkünlüyünü qiymətləndirmək üçün əlaqə yaratmağa başlayıb. Pep Qvardiola Dioqonu komandada görmək istəyir.
Bu mövsüm Dioqo Kosta klub səviyyəsində 34 oyun keçirib, 15 qarşılaşmada qapısını toxunulmaz saxlayıb və 37 qol buraxıb. “Transfermarkt” internet portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.
Aut.az
