İngiltərə

Onu boğmağa çalışdı, cəzasız qaldı

“Nottingem Forest”in müdafiəçisi Felipe Monteyro İngiltərə Kubokunun 1/8 final mərhələsinin sonunda “Mançester Yunayted”in kapitanı Bruno Fernandeslə münaqişə yaşayıb.

Aut.az xəbər verir ki, Felipe Brunonun boğazından yapışıb. Görüş “qırmızı şeytanlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Monteyro bu hərəkətinə görə xəbərdarlıq almayıb. Baş hakim Kris Kavana “Mançester Yunayted”in portuqaliyalı oyunçusuna qarşı kobudluq da qeydə almayıb.

Qeyd edək ki, ötən mövsüm “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Kazemiro analoji qayda pozuntusuna görə meydandan qovulub. Braziliyalı daha sonra 3 oyunluq cəzalanıb.

Aut.az