2024-cü ildə ən çox maaş alanlar: Ronaldo birinci, Messi isə…
“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Sky Sports” tərəfindən 2024-cü ilin ən çox maaş alan idmançısı seçilib.
Aut.az xəbər verir ki, portuqaliyalı ulduz ötən il 248 milyon avro qazanıb.
İkinci yerdə 146 milyon avro məvacib ilə “Qolden Steyt Uorriors”un müdafiəçisi Stiven Kerri qərarlaşıb. “İlk üçlüy”ü 140 milyon avro ilə boksçu Tayson Fyuri tamamlayıb.
Dördüncü yerdə 129 milyon avro qazanan “İnter Mayami”nin hücumçusu Lionel Messi, beşinci sırada isə “Los Anceles Leykers”in basketbolçusu LeBron Ceyms (127 milyon avro) qərarlaşıb.
Aut.az
