İspaniya, Türkiyə və Norveç İsrailə qarşı birləşdi
İsrail komandalarının diskvalifikasiyasını müdafiə edən ölkələrin adları açıqlanıb.
Daha əvvəl UEFA-nın İsrail komandalarına mümkün qadağa ilə bağlı qərarını bu həftə verəcəyi bildirilirdi. Təşkilatın icraiyyə komitəsi üzvlərinin “böyük əksəriyyəti” qadağanı dəstəkləyib. Lakin sonradan bu məsələ ilə bağlı səsvermənin Donald Trampın sülh planına görə təxirə salındığı bildirilib.
Aut.az xəbər verir ki, “RMC Sport”un məlumatına görə, bir sıra Avropa futbol federasiyaları, o cümlədən İspaniya, Türkiyə və Norveç UEFA-nı İsrailə, qarşı təcili tədbirlər görməyə çağırır. Bəzi mənbələr İngiltərə Futbol Assosiasiyasının da onlarla həmrəy olduğunu bildirir. “Aydın hərəkət var” deyə UEFA mənbəsi bildirib.
Qurumun icraiyyə komitəsinin növbəti iclası dekabrın 3-də baş tutacaq.
Aut.az
