Dünya futbolu

Ronaldo karyerasını bitirəndən sonra məşqçi işləyəcək? – Cavabı belə oldu

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo özünü gələcəkdə məşqçi kimi görüb-görmədiyi haqda danışıb.

“Hazırda hansısa komandanın məşqçisi olmaq fikri ağlıma gəlmir. Mən məşqçi kimi gələcəyimi görmürəm. Özümü futboldan başqa işlərlə məşğul olduğumu görürəm, ancaq gələcəyin necə olacağını ancaq Allah bilir”, – Ronaldonun sözlərini “A Bola” sitat gətirib.

39 yaşlı Ronaldonun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az