Dünya futbolu

Əfsanə doğma klubuna qayıtdı: Bu dəfə…

“Feyenoord”un yetirməsi, sabiq hücumçusu Robin van Persi komandanın baş məşqçisi olub.

Aut.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Robin van Persi əvvəllər “Feyenoord”un aşağı yaş qrupları üzrə komandalarında çalışıb və “Heerenveen”ə rəhbərlik edib.

Keçirilən 23 oyundan sonra “Feyenoord” 43 xalla Erediviziyanın turnir cədvəlində üçüncü yerdədir. Növbəti turda Van Persinin yetirmələri “Niymegen”lə qarşılaşacaq.

Martın 5 və 11-də Rotterdam klubu UEFA Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün 1/8 final mərhələsində “İnter” ilə qarşılaşacaq.

Aut.az