İngiltərə

“Siti”nin planı: Yeni lider o olacaq

“Mançester Siti” yarımmüdafiəçi Kevin De Bruyneyə əvəzləyici tapıb.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin sözlərinə görə, belçikalı ulduzun yerinə əsas namizəd “Bayer”in yarımmüdafiəçisi Floryan Virtsdir. “Şəhərlilər” onu komandanın yeni lideri kimi görürlər.

Virtsin transferinin 85 milyon funt-sterlinqə başa gələcəyi qeyd edilir.

Almaniyalı futbolçu ilə eyni zamanda “Bayern” və “Real” da maraqlanır. Leverkuzenlilərin özləri də Floryan ilə müqaviləni uzatmaq niyyətindədirlər.

Aut.az