İspaniya

Cəmi 8 oyun dözdü: La Liqada daha bir istefa

İspaniya La Liqasında daha bir məşqçi istefası baş verib.

Aut.az xəbər verir ki, “Valyadolid” bu mövsüm ikinci dəfə baş məşqçisini istefaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, Dieqo Kokka rəhbərliyin etimadını doğrultmayıb. Mütəxəssis klubun baş məşqçisi kimi cəmi 8 oyun keçirib.

Kokka bu mövsüm “Valyadolid”in istefaya göndərilən ikinci baş məşqçisi olub. Klub daha əvvəl Paulo Pezzolanoya qapını göstərmişdi.

“Ağ-bənövşəyilər”ə “Valyadolid”in ikinci komandasının baş məşqçisi Alvaro Rubio rəhbərlik edəcək. O, əvvəllər müvəqqəti məşqçi kimi üç oyun keçirib – ikisi La Liqada, biri isə İspaniya Kubokunda.

Aut.az