İspaniya

O, hələ də yanımda olduğu üçün çox şadam: Simeone kimi deyir? – FOTO

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone Antuan Qrizmannın nailiyyəti haqda danışıb.

Aut.az xəbər verir ki, 55 yaşlı argentinalının sözlərini “Into The Calderon” sitat gətirib.

Çempionlar Liqasının 2-ci turunda Frankfurt “Ayntraxt”ı ilə matçda (5:1) Qrizmann “hindular”ın heyətində 200-cü qolunu vurub. 34 yaşlı fransız klub tarixində bu nəticəyə çatan ilk futbolçu olub.

“Atletiko”da keçirdiyi vaxta, 200 qol vurduğuna görə Antuana minnətdaram. Onun bizə cinah yarımmüdafiəçisi kimi gəldiyini, sol cinahda oynadığını xatırlayıram. Biz onu ən yaxşı keyfiyyətlərindən – sürətindən, başla oynama qabiliyyətindən, sol ayağından, təkbətək bacarığından – istifadə etməyə təşviq etdik.

Bu, ona Dünya Kubokunda bu mövqedə oynamağa və Dünya Çempionu olmağa kömək etdi. O, zəhmətindən, iş əxlaqından tutmuş, komandaya gətirdiyi sevincə qədər hər şeydə həmişə örnək olub. İstedadın yaşı yoxdur. Hər şeyi verdi və bundan sonra da verəcək. O, hələ də yanımda olduğu üçün çox şadam”, – Simeone bildirib.

Aut.az

Antuan Qrizmann