Görün Benzema Ronaldoya necə “ilişdi”
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən 37 yaşlı Kərim Benzema “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldonun çox qol vurmasından danışıb.
Aut.az xəbər verir ki, fransalı forvard “Real”da uzun illər komanda yoldaşı olduğu Ronaldo haqda bu sözləri deyib:
“Mən bir şey demək istəyirəm, yalnız qol vurmaq haqqında düşünən adam deyiləm. Kriştiano ilə burada olmaq yaxşıdır, amma mənim üçün matçlarda qalib gəlmək daha vacibdir. Komandaya kömək edəcək qollar vura bilsəm, sevinərəm.
Qol vurmağı və məhsuldar ötürmə etməyi, komandaya kömək etməyi xoşlayıram. Komanda mənim üçün ən vacib şeydir, ona görə də xoşbəxtəm”.
