Dünya futbolu

Əfsanə Neymardan danışdı: Belə davam edərsə…

“Barselona”nın və Braziliya millisinin əfsanəvi futbolçusu Rivaldo “Santos”un hücumçusu Neymar barədə danışıb.

Aut.az xəbər verir ki, o, həmyerlisinin perspektivlərini yüksək qiymətləndirib:

“Neymar əla oyunçudur, onun üslubunu bəyənirəm. Əgər “Santos”da hazırkı formasını qoruyub saxlasa, qollar vursa və ritmini bərpa etsə, yenə də istənilən top-komandada yeri olacaq. Əgər bu, “Barselona” deyilsə, o zaman o, bu yay Avropanın başqa bir böyük klubuna keçəcək”.

Qeyd edək ki, 2025-ci ilin yanvarında Neymar yetirməsi olduğu “Santos”a qayıdıb. 33 yaşlı futbolçu peşəkar karyerasını bərpa etmək məqsədi ilə “Əl-Hilal”dan Braziliya klubuna keçib. Hücumçu yay transfer pəncərəsində “Barselona”ya transfer olunacağına ümid edir.

Aut.az