İngiltərə

“Siti” bu təklifi verdi: Rədd etdilər

“Mançester Siti” Premyer Liqada növbəti mövsümün startını təxirə salmağı təklif edib.

Aut.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu, klubların son iclasında baş verib. “Şəhərlilər”in icraçı direktoru Ferran Soriano növbəti mövsümün startının təxirə salınması məsələsini qaldırıb. Bu, futbolçulara Klublararası Dünya Çempionatından sonra istirahət etmək üçün daha çox vaxt verəcək.

Ancaq başqa heç kim “Siti”nin mövqeyini dəstəkləməyib. Adı açıqlanmayan başqa bir klubun nümayəndəsi qeyd edib ki, Klublararası Dünya Çempionatında iştirak məcburi deyil, ciddi ödənişlər nəzərdə tutur. Bununla o, “Siti”nin bütün mümkün çatışmazlıqları aradan qaldıraraq, özləri üçün ən əlverişli şərtlərə nail olmaq istədiyinə eyham vurub.

Yenilənmiş Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirdə 32 komanda iştirak edəcək.

Aut.az