Dünya futbolu

Onu qoltuqağacında görüblər: Luçesku səhhəti haqda danışdı

Məşhur rumın mütəxəssis Mirça Luçesku səhhətindən danışıb. Aut.az xəbər verir ki, fevralın əvvəlində mütəxəssis sağ omba oynağından əməliyyat olunub.

“Özümü yaxşı hiss edirəm, yaxşılaşıram”, – deyə Mirça lakonik şəkildə bildirib.

Luçesku bir müddət koksartrozdan (kalça-çanaq oynağının məhvinə gətirib çıxaran və xroniki gedişi olan degenerativ xəstəlik) əziyyət çəkib.

O, 2023-cü ilin may ayının əvvəlində Kiyevdə sol omba oynağından da əməliyyat olunub.

Aut.az