İngiltərə

“Arsenal”da ciddi itki

“Arsenal”ın hücumçusu Kay Haverts mövsümün qalan hissəsində yaşıl meydanlardan kənarda qalacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

25 yaşlı alman futbolçu Dubayda komandanın məşqi zamanı bud nahiyəsindən ağır zədə alıb. O, əməliyyat oluna bilər.

Qeyd olunur ki, Haverts yalnzı növbəti mövsümdə meydanlara qayıda bilər.

Almaniya millisinin üzvü bu mövsüm 34 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az