İngiltərə

“Arsenal” liderindən əlini üzdü: Mövsümün sonuna qədər

“Arsenal”ın hücumçusu Kay Haverts mövsümün sonuna qədər  yaşıl meydanlardan kənarda qalacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” yazıb.

25 yaşlı alman futbolçu Dubayda komanda məşqi zamanı bud nahiyəsindən zədələnib və əməliyyat tələb oluna bilər. Qeyd olunur ki, Haverts üçün artıq növbəti mövsümə hazırlıq planı tərtib edilir.

Kay bu mövsüm klubda 34 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az