“Liverpul”lular hamını qabaqladılar
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşılarının adları açıqlanıb.
Aut.azxəbər verir ki, “Liverpul”un hücumçusu Dioqo Jota ən yaxşı oyunçu seçilib. “Qırmızılar”ın baş məşqçisi Yurgen Klopp isə ən yaxşı məşqçi kateqoriyasında qalib olub.
portuqaliyalı futbolçu Premyer Liqanın 3 oyununda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Liverpul” hər üç görüşdə qələbə qazanıb.
Bu mövsüm Premyer Liqanın 24 turundan sonra lider olan mersisaydlılar ən yaxın izləyicisi “Mançester Siti”ni iki xal qabaqlayır.
