Qalmaqallı dünya çempionunun yeni klubu açıqlandı
Fransa millisinin sabiq üzvü Benjamin Mendi İsveçrənin “Sürix” klubuna keçib.
Aut.az xəbər verir ki, müdafiəçi yeni komandasında 3 nömrə altında çıxış edəcək. İsveçrə klubu Mendi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.
Son olaraq Fransanın “Loryan” klubuda çıxış edən futbolçu qalmaqalla gündəmə gəlib. O, “Mançester Siti”nin üzvü olarkən 2 il zorlamada ittiham olunub. Daha sonra günahsız olduğu üzə çıxıb.
“Siti” ittiham olunduğu zamanı futbolçunu komandadan uzaqlaşdırıb. Daha sonra Benjamin məhkəmədə qalib gələrək İngiltərə klubundan təzminat alıb.
Xatırladaq ki, Benjamin 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.
Aut.az
