İtaliya

7 həftə əvvəl qovulan məşqçini qaytardılar

Salvatore Bokketti “Monza”nın baş məşqçisi vəzifəsindən qovulub.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliyalı məşqçi dekabrın 23-də A Seriyası klubu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalamışdı. Onun rəhbərliyi altında komanda 7 oyun keçirib, 6 dəfə məğlub olub və 1 qələbə qazanıb.

Bokkettini baş məşqçi postunda Alessandro Nesta əvəz edəcək. Nesta 7 həftə əvvəl qovulduğu “Monza”ya qaytarılıb.

Aut.az