Modriç futbolçu olmasaydı, görün nə ilə məşğul olacaqdı
Xorvatiyalı yarımmüdafiəçi, hazırda “Milan”da çıxış edən Luka Modriç maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, futbolçu olmasaydı, ofisiant işləyəcəyini bildirib.
“Mən sadəliyi sevirəm. Normal ailə, normal həyat, xırda detallar. Özümü xüsusi biri hesab etmirəm. Həyatım boyu heç vaxt kimdənsə üstün olduğumu düşünməmişəm. Əgər futbolçu olmasaydım, ofisiant olmaq istərdim. Bu işdə yaxşı idim və xoşuma gəlirdi.
Mən otelçilik məktəbində oxumuşam. Təhsilin birinci ilində Zadardakı Marina restoranında təcrübə keçirdik. Orada toy məclisləri təşkil olunurdu. İçkilər paylayırdım, xorvat toylarında isə çox içirlər. Yeganə xoşuma gəlməyən iş qab yumaq idi”.
Aut.az
