“Bayer”in forvardı bunu bacaran 4-cü futbolçu oldu
“Bayer Leverkuzen”in hücumçusu Patrik Şik bu mövsüm 20-ci qolunu vurmaqla uğura imza atıb.
Aut.az xəbər verir ki, o, klub tarixində bir neçə mövsümdə (2021/22, 2024/25) ən azı 20 qol vuran dördüncü oyunçu olub. Şikdən əvvəl Ulf Kirsten, Stefan Kiesslinq və Dimitar Berbatov oxşar nailiyyətlər əldə ediblər.
Qeyd edək ki, “Bayer” son olaraq Almaniya kubokunun 1/4 finalında “Köln”ü 3:2 hesabı ilə məğlub edib. Bu görüşdə Şik 2 dəfə fərqlənib. Bu qələbə sayəsində “Bayer” turnirin yarımfinalına yüksəlib.
Çexiyalı forvard Almaniya Kuboku yarışında “aspirinlər”in heyətində 4 oyun keçirib və 4 qol vurub.
Aut.az
