Boks

2025-ci ilin ən çox gözlənilən döyüşü ləğv edildi

Super orta çəkidə WBC, WBO və WBA çempionu Saul Alvares (62-2-2, 39 KO, Meksika) WBA versiyasında super orta çəkidə titulu sahibi (69,9 kq) Terens Kroufordla (41-0, 31 KO, ABŞ) döyüşməyəcək.

Aut.az xəbər verir ki, əvvəllər bu döyüşün artıq razılaşdırıldığı bildirilirdi, fevralın 6-da nüfuzlu “The Ring” jurnalı döyüşün ləğv edildiyini bildirib. Bunun səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Saul Alvaresin may ayında 2024-cü ildə Mayk Taysonu məğlub edən amerikalı boksçu-şoumen Cek Polla döyüşəcəyi barədə daha əvvəl məlumat yayılmışdı.

Tural