Arvadı polyak fermerlərin etirazına belə reaksiya verdi
Ukraynalı ağır çəkili boksçu Aleksandr Usikin həyat yoldaşı Yekaterina Usik Ukrayna ilə sərhəddə polşalı fermerlərin etirazlarına reaksiya verib.
Aut.az xəbər verir ki, Yekaterina bu barədə sosial şəbəkədə yazıb:
“Baxmaq çox ağrılıdır. Görürəm ki, qonşularımızla hər tərəfdən bəxtimiz gətirib”.
Xatırladaq ki, fevralın 20-də polşalı fermerlər Medıka-Şekini keçid məntəqəsi yaxınlığında dəmir yolunu bağlayıb və yük qatarından taxılın bir hissəsini dəmir yoluna töküblər, polis hadisə yerinə gəlib. Daha sonra polyaklar Ukrayna taxılını dağıtmaq aksiyasını dəfələrlə təkrarlayıblar.
Aut.az
