Formula 1

1 milyard böyük puldur: Axırıncı yeri tuşa da, getməlidir

“Haas”ın sabiq rəhbəri, Günter Ştayner hesab edir ki, “Red Bull” komandasının sürücüsü Maks Ferstappen 1 milyard dollara “Aston Martin”ə keçməyə razı olmalıdır.

“1 milyard dollar böyük məbləğdir. Maks “Aston Martin” komandasında sonuncu yeri tutsa belə, bu təklifi qəbul etməlidir. Bəzi komandalar bunu ödəyə bilməz, amma açıq-aydın görünür ki, “Aston Martin”№in imkanları var.

Ferstappenin transferi üçün 1 milyard dollar, əlbəttə ki, şişirtmədir, bu məbləğ heç vaxt qırılmayacaq rekord olacaq. Bununla belə, mən əminəm ki, “Aston Martin” Formula 1-də qələbə üçün ciddi məbləğ ödəyəcək.

2026-cı ilə qədər heyətdə hər hansı dəyişiklik olacaqmı? Alonso getməyəcək və onların Lance Strollu əvəzləyəcəyini düşünmürəm. Bu, 2027-ci ildə baş verə bilər. Lakin Maksda “Aston Martin”in yaxşı olacağına dair heç bir zəmanəti yoxdur”, – “GPblog” Ştaynerin sözlərini sitat gətirib.

Aut.az