Formula 1

“Ümid edirəm ki, bir gün yollarımız kəsişəcək”

“Mercedes” komandasının lideri Toto Volf Almaniya komandasının “Formula 1” üzrə üçqat çempion Maks Ferstappenlə maraqlanması ilə bağlı şayiələrə növbəti dəfə münasibət bildirib.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Maks rəqabətədavamlı olmayan avtomobilə minmək niyyətində deyil və hazırda biz dünya çempionunu cəlb edəcək qədər rəqabətədavamlı deyilik.

Podium uğrunda mübarizə və ya qalib gəlmək, şübhəsiz ki, işimizi asanlaşdırardı. Maksın yerində olsaydım, indi olduğu yerdə qalardım. Ola bilsin ki, gələn il onun hazırkı komandası ilə titul qazanmaq daha asan olacaq.

“McLaren”ə baxın, necə tez uğur qazandılar. Ona görə də optimistəm. Ola bilsin ki, bir gün Maksla yollarımız kəsişsin və bu, uğurlu olacaq. O vaxta qədər biz sadəcə öz maşınımız üzərində işləməliyik”.