Formula 1

Ferstappen “Aston Martin”ə keçir? – Hər şey çox sadədir

“Red Bull” komandasının sürücüsü Maks Ferstappen “Adrian Nyuey” tərəfindən hazırlanmış avtomobillərdə Formula 1-də yarışı davam etdirmək üçün gələcəkdə “Aston Martin”ə keçə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib.

“İnsanlar bu mövzularda məndən çox danışırlar. Mən çox rahatam və sadəcə yarışmağı düşünürəm, problemlərimi anlamağa və onları düzəltməyə çalışıram. Sonra evə gedib həyatımı yaşayıram. Gələcəyimlə bağlı sakitəm.

Mənim üçün hər şey çox sadədir: gördüyüm işi bəyənirəm və nə qədər ki, bunu bəyənirəm, burada qalıb Formula 1-də yarışmağa davam edəcəyəm. Bir yerə getmək istəsəm, edəcəm. Amma indi bu barədə düşünmürəm”, – “Krash” Ferstappenin sözlərini sitat gətirib.

Aut.az