Formula 1 komandalarının 2025-ci il mövsümü üçün heyətləri
Formula 1 komandalarında növbəti il heyətləri tam olaraq məlum olub.
Aut.az xəbər verir ki, 2025-ci il mövsümündə 10 komanda çıxış edəcək. Onların heyətlərində isə 20 pilot mübarizə aparacaq.
Qeyd edək ki, 2025-ci il mövsümü üçün sınaqlar 2025-ci il fevralın 26-dan 28-dək Bəhreyndə keçiriləcək. Yeni mövsüm martın 16-da Avstraliyada başlayacaq.
Ümumilikdə çempionat ötən mövsüm olduğu kimi 24 yarışdan ibarətdir. Azərbaycan Qran Prisi isə 18-21 sentyabr tarixində keçiriləcək.
2025 mövsümündə Formula 1 komandalarının tərkibi:
1. “McLaren” – Lando Norris və Oscar Piastri.
2. “Ferrari” – Şarl Lekler və Lyuis Hemilton.
3. “Red Bull” – Maks Ferstappen və Lyam Lauson.
4. “Mercedes” – Corc Rassel və Andrea Kimi Antonelli.
5. “Aston Martin” – Fernando Alonso və Lans Stroll.
6. “Alpin” – Pyer Qasli və Cek Douyn.
7. “Haas” – Esteban Okon və Olivye Berman.
8. “Racing Bulls” – Yuki Tsunoda və İsak Həcər.
9. “Williams” – Aleksander Albon və Karlos Sayns.
10. “Kik-Sauber” – Niko Hülkenberq və Qabriel Bortoleto.
Aut.az
