Formula 1

Onu “Red Bull”dan buna görə qovublar: Ekklstoun açıqladı

Formula 1-in keçmiş sahibi Berni Ekklstoun Kristian Hornerin “Red Bull” komandasından niyə qovulduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, Ekklstounun sözlərini “Motorsport” sitat gətirib.

“Ditrix Mateşitsaöldükdən sonra, düzünü desəm, “Red Bull”da bir az qarışıqlıq oldu. Kristian CEO idi. Mən bir şirkətin CEO-suyamsa, boss olmaq istəyirəm. Düzgün hesab etdiyim şeyi etmək istəyirəm və səhv edirəmsə, məni işdən çıxara bilərlər, deyə bilərlər: “Bağışlayın, bir neçə səhv etdiniz”.

Hər şeyi yarımçıq idarə edə bilməzsiniz. Həmişə deyirəm, işığı yandırıb-söndürə bilən biri lazımdır. Bunu bir nəfər etməlidir.

Mən bilirəm ki, ona yalnız yarış komandasının rəhbəri olması və kommersiya tərəfini başqasına buraxması ilə bağlı müraciət edilib. Onun ideyası “Mən CEOyam” idi”, – Ekklstoun deyib.

Aut.az