Dünya futbolu

Qazaxıstan Çerçesovu qovdu

Rusiyalı mütəxəssis Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postundan istefaya göndərilib.

Aut.az xəbər verir ki, rəsmi açıqlamada tərəflərin qarşılıqlı qərarı ilə əmək müqaviləsinə xitam verildiyi bildirilir. Çerçesovla yanaşı, onun bütün məşqçilər korpusu da işdən çıxarılıb.

“Qazaxıstan Futbol Federasiyası Stanislav Salamoviç və onun əməkdaşlarına görülən işlərə görə təşəkkür edir və onlara karyeralarında gələcək uğurlar arzulayır! Futbol üzrə milli komandanın yeni baş məşqçisi postuna namizədlər nəzərdən keçirilir”, – Qazaxıstan Futbol Federasiyasının rəsmi saytında deyilir.

Xatırladaq ki, Çerçesov Qazaxıstan millisinin sükanı arxasında altı oyun keçirib (beş məğlubiyyət və bir heç-heçə). O, əvvəllər Rusiya millisini, eləcə də bir sıra Rusiya və xarici klubları çalışdırıb.

Aut.az