Hakimlərin qərarları Ronaldonu özündən çıxardı – VİDEO
Ötən gün Asiya Çempionlar Liqasında təsnifat mərhələsinin görüşləri keçirilib.
Aut.az xəbər verir ki, Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” BƏƏ-nin “Əl-Şabab” klubu ilə üz-üzə gəlib. Səudiyyə Ərəbistanı təmsilçisi üçün görüş olduqca qalmaqallı keçib. Ər-Riyad təmsilçisi oyun boyunca hakim qərarlarından narazı qalıb. Hətta bir neçə epizodda penalti təyin edilmədiyi üçün kəskin etirazlar olub.
Maraqlıdır ki, hadisələrin mərkəzində olan futbolçulardan biri də komandanın lideri Ronaldo olub. İlk hissədə onun iştirak etdiyi bir neçə epizodda qayda pozuntusu olsa da, hakim bunu qeydə almayıb.
Nəticədə portuqaliyalı futbolçu özündən çıxıb. O, ilk hissə bitdikdən sonra hakimə kəskin şəkildə etiraz edib. Fasilədən sonra isə oyun sakit tempdə keçib. Heç bir mübahisəli epizod yaşanmayıb.
Qeyd edək ki, görüş “Əl-Nəsr”in 4:2 hesablı qələbəsi ilə başa çatıb. Səudiyyə Ərəbistanı təmsilçisi qələbə qollarını oyunun əsas vaxtına əlavə edilmiş 5-ci və 7-ci dəqiqələrdə vurub.
