Asiya Kubokunun qalibi bəlli oldu
Qətər millisi ardıcıl ikinci dəfə Asiya kubokunun qalibi olub . Aut.az xəbər verir ki, Qətər finalda İordaniyaya qalib gəlib – 3:1.
Üç penalti vuran Qətərli hücumçu Əkrəm Afif finalda het-trik edib. İordaniyanın qolunu Yazan Əl-Naimat vurub.
Tarix boyu Asiya Kubokunu bu yığmalar qazanıb: Yaponiya (4), Səudiyyə Ərəbistanı, İran (hərəyə 3), Cənubi Koreya, Qətər (hərəyə 2), İsrail, Küveyt, Avstraliya, İraq (hərəyə 1).
Asiya Kuboku. Final
Lusail (Qətər), 10 fevral 2024-cü il
İordaniya – Qətər – 1:3
Qollar: Əl Naimat, 67 – Afif, 22 (pen), 73 (pen), 90+4 (pen).
