Azərbaycan futbolu

“Mingəçevir” 6 futbolçusu ilə yollarını ayırdı

Transfer çalışmalarını davam etdirən və bir müddət öncə sıralarına 7 yeni futbolçu cəlb edən “Mingəçevir” 6 oyunçusu ilə vidalaşıb.

Aut.az xəbər verir ki, bunlar Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmməzadə və Fuad Əhmədovdur.

Sözügedən futbolçuların müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, “Mingəçevir” bir müddət öncə ASTA (Azərbaycan İdman İstedadları Akademiyası) ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Mərkəzi aran təmsilçisi hazırda Birinci Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.