Məşhur məşqçi bu klubu aldı
“Roma”nın sabiq baş məşqçisi Daniele De Rossi “Ostiamare” futbol klubunun sahibi olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, klub D Seriyasında, E qrupunda çıxış edir. Bu klubun maksimum nailiyyəti C seriyası səviyyəsinə yüksəlməkdədir.
“Mənim məqsədim güclü, şəffaf və innovativ klub qurmaqdır. Biz bu komandanı insanları bir araya gətirən və ailələri öz meydanına yaxınlaşdıran bir yerə çevirmək istəyirik ki, insanlar “Ostiamare”ni meydanda və meydandan kənarda təmsil etməkdən qürur duysunlar. Bu gün yeni mərhələ başlayır. Biz birlikdə fəxr edə biləcəyimiz bir hekayə yaza bilərik”, – Daniele De Rossi “İnstaqram”da yazıb.

Aut.az
