Prokurorluqdan Poqbayla bağlı tələb: 4 il…
İtaliyanın idman prokurorluğu daha əvvəl dopinqdə ittiham olunan “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın 4 il müddətinə futboldan uzaqlaşdırılmasını istəyib.
Aut.az xəbər verir ki, sözügedən ölkənin milli anti-dopinq qurumu tərəfindən götürülən testlərdə fransalının qanında idmançılarda dözümlülüyü artıran hormon olan testosteronun yüksək səviyyədə olduğunu aşkar edilibş Bundan sonra Poqba futboldan uzaqlaşdırılıb.
Bu,sentyabrda – A seriyasında “Yuve”nin “Udineze” üzərində qələbəsindən (3:0) sonra baş verib.
