Prezident darmadağına dözmədi: Görün Akkreditasiyasını hara atıb
“Nottingem Forest” klubunun sahibi Evangelos Marinakis komandanın növbəti məğlubiyyətindən sonra akkreditasiyasını atıb.
Aut.az xəbərə verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Ötən gün İngiltərə çempionatının 15-ci turunun matçında “meşəbəyilər” “Fulhem”ə böyük hesabla (0:5) uduzub. Klubun yunanıstanlı sahibi final fitindən əvvəl stadionu tərk edib. Daha sonra azarkeşlərdən biri onun akkreditasiyasını stadionun yanındakı kolluqlarda tapıb.
“Nottingem Forest” bu məğlubiyyətdən sonra Premyer Liqanın turnir cədvəlində 16-cı yerə düşüb.
