Çox qəzəblidir: Hər şey o qədər aydındır ki…
İngiltərə Premyer Liqasının 23-cü turunda “Vulverhempton” “Arsenal”ı qəbul edib.
Aut.az xəbər verir ki, “Arsenla”ın müdafiəçi Mayls Lyuis-Skellinin 43-cü dəqiqədə meydandan qovulduğu matçda “topçular” minimal hesabla qalib gəlib (1:0). Londonluların baş məşqçisi Mikel Arteta müdafiəçinin qovulması qərarını tənqid edib.
“Qırmızı vərəqə olmadığı o qədər aydındır ki… Çox əsəbiyəm, bu anı sizin ixtiyarınıza buraxıram. Çünki bu, çox açıqdır. Sözlərimin kömək edəcəyini düşünmürəm. Matçın rəsmilərindən heç bir izahat almamışam. Apellyasiya? Qərar vermək klubdan asılıdır, amma bəlkə də bu qərar ləğv ediləcək, çünki bu, açıq-aydın bir məqamdır”, – Arteta deyib.
Aut.az
