Almaniya

“Bavariya”da yeni müqavilə: 15 milyon qazanacaq

Alfonso Devyis tezliklə “Bavariya” ilə müqaviləsini uzadacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenber məlumat yayıb.

Kanadalı müdafiəçinin Münhen klubu ilə yeni müqaviləsi 2030-cu ilin iyun ayına kimi qüvvədə olacaq. Mənbə qeyd edir ki, Devyis vergilər çıxmadan hər mövsümdə 15 milyon avro qazanacaq.

Alfonsonun “Bavariya” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. 24 yaşlı futbolçu ilə “Real” və İngiltərə Premyer Liqasının bir neçə top-klubu maraqlanırdı.

Aut.az