17 il sonra onsuz…
Almaniya Superkuboku uğrunda görüşdə “Ştutqart” və “Bavariya” üz-üzə gəlib. Münhen təmsilçisi 2:1 hesablı qələbə qazanaraq kuboku əldə edib.
Aut.az xəbər verir ki, bu uğur klub üçün 2008-ci ildən bəri Tomas Müllersiz qazanılan ilk titul olub. Buna səbəb “pivəçilər”in yetirməsi olan hücumçunun komandadan ayrılarmasıdır. O, Kanada klubu “Vankuver”də çıxış edir.
Müller 2007-ci ildən “Bavariya”nın heyətində idi, 756 oyunda 250 qol vurub, 276 məhsuldar ötürmə edib. Münhen klubu ilə 33 titul qazanan futbolçu iki dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu adını qazanıb.
Aut.az
