Komanda yoldaşları deyil: Əfsanənin iki sevimli oyunçusu
“Liverpul”un əfsanəvi keçmiş müdafiəçisi Ceymi Karraqer hansı iki futbolçunun oyununa heyran olduğunu açıqlayıb.
“Mən deyərdim ki, iki favorit Barezi və Xavidir, çünki onlar beyindir. Barezidə bəyəndiyim cəhət odur ki, o, nisbətən qısaboydur, lakin havada dominantdır. Bu səviyyəyə çatmaq üçün o, düşünməli idi. Xavi ilə də belədir, ona baxanda onun idmançı olduğunu düşünmürsən, amma sürətlidir. Bu beyindir.
Mən həmişə hiss edirdim ki, “Milan” Barezisiz bir az fərqlidir, topa o qədər də yönümlü deyildi. Bu, yəqin ki, indiyə qədər gördüyünüz ən yaxşı müdafiə bölməsi idi, mübarizə aparma, yığcamlıq, ofsayd tələləri. Sanki Barezi hamıya nə etməli olduqlarını deyirdi və mən həmin şeyi Xavidə də hiss etdim”. – Karrager deyib.
Aut.az
