İngiltərə

“Siti”nin ulduzundan açıq etiraf: Reallıq ondan ibarətdir ki…

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva açıqlama verib.

Aut.az xəbər verir ki, portuqaliyalı futbolçu “şəhərlilər”in bu mövsüm İngiltərə Premyer Liqası çempionu olmaq şanslarını açıq şəkildə qiymətləndirib:

“Biz altıncı yerdəyik, mən “Liverpul”a, “Arsenal”a baxa bilmirəm. Növbəti oyuna baxıram və 3 xal qazanmağa çalışıram.

İndi mən mümkünsüz deməzdim, çünki futbolda mümkünsüz heç nə yoxdur. Lakin “Siti” titul uğrunda mübarizədən tamamilə kənarda qaldığından, bizim üçün çox gecdir. İnsanlar deyirlər ki, yanvar ayına qədər çempionluq qazana bilməzsən, amma itirə bilərsən. Bu mövsüm reallıq ondan ibarətdir ki, biz onu itirdik”.

Qeyd edək ki, bu mövsüm Mançester təmsilçisi 19 oyundan sonra 31 xal toplayaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Aut.az