“Liverpul” yapon futbolçuya görə 60 milyon ayırdı
“Maynts”ın yarımmüdafiəçisi Kaysu Sano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Aut.az xəbər verir ki, “Bild”in məlumatına görə, “Liverpul” 25 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. “Qırmızılar” yarımmüdafiəçi üçün 60 milyon avro təklif etməyə hazırdır. Sanonun dəyəri Dünya Kubokundakı çıxışından sonra artıb. “Maynts”ın oyunçusunu buraxmağa hazır olacağı gözlənilir.
Kaisa Sano 2024-cü ildə 2,5 milyon avroya “Kaşima Antlers”dən “Mayns”a keçib. Onun Almaniya klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. 2025/26 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 48 oyunda iştirak edib, 2 qol vurub və beş 5 məhsuldar ötürmə edib.
Aut.az
