Körridən unikal göstərici: Cordanı ötdü
“Qolden Steyt Uorriors”un lideri Stiven Körri unikal statistik göstəriciyə görə əfsanəvi Maykl Cordanı geridə qoyub.
Aut.az xəbər verir ki, kaliforniyalı oyunçu Milli Basketbol Assosiasiyasında (NBA) 35 yaşdan yuxarı müfafiəçilər arasında 30+ xal toplayan oyunların sayında dördüncü oyunçu olub. O, bu siyahıda 4-cü pillədə qərarlaşıb. 8
Üçüncü pillədəki Kərim Abdul-Cabbarı ötmək üçün ona daha 9 oyunda 30+ xal toplamaq lazımdır.
35 yaşdan yuxarı müdafiəçilər arasında 30+ xal toplayan oyunların sayına görə ilk 5 oyunçu:
1. LeBron Ceyms (Los Anceles Leykers) – 107 oyun;
2. Karl Malone (Los Anceles Leykers) – 80 oyun;
3. Kərim Abdul-Cabbar (Los Anceles Leykers) – 48 oyun;
4. Stiven Körri (Qolden Steyt Uorriors) – 40 oyun;
5. Maykl Cordan (Vaşinqton Uizards) – 39 matç.
Aut.az
