Basketbol

Qocalmış əfsanəyə xox gəlir: Dalını təpikləyərdim

MBA-nın sabiq oyunçusu Riçard Cefferson, hazırda təkbətək qarşılaşsalar, “Çikaqo Bullzun” əfsanəvi müdafiəçisi Maykl Cordanı asanlıqla məğlub edə biləcəyini iddia edib.

Aut.az xəbər verir ki, onun sözlərini “TheScore” sitat gətirib.

“Mən onun dalını təpikləyərdim. İncimə, Maykl. Onun 40, mənim isə 20 yaşım olanda o, məni döyəcəkd. Amma o qocalanda bədən əvvəlki kimi deyil”, – Cefferson deyib.

Qeyd edək ki, Maykl Cordan hazırda 61 yaşdadır.

Xatırladaq ki, Riçard Cefferson “Klivlend Kavaliers”in heyətində MBA çempionu olub. Maykl Cordan 1984-2003-cü illərdə Milli Basketbol Assosiasiyasında (NBA) oynayıb. Bu müddət ərzində o, altı qat MBA çempionu və altı dəfə MBA “Finals MVP”si olub.

Aut.az