A Seriyasına qayıdır? – Bu kluba təklif olundu
“Napoli”nin sabiq hücumçusu, hazırda MLS-də Torontoda çıxış edən Lorenzo İnsinye A Seriyasına qayıda bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Onun sözlərinə görə, İtaliya millisinin sabiq üzvü “Monza”ya təklif olunub. Qeyd olunur ki, futbolçunun agentləri sözügedən klubun baş direktoru Adriano Qalliani ilə yaxşı münasibətdədirlər.
Xatırladaq ki, İnsinye 2009-2022-ci illərdə “Napoli”də çıxış edib.
Aut.az
